Diş ağrısını necə kəsmək olar ?

Dişdə sinir ağrısı, İrinləyən dişin ağrısı, Diş əti ağrılarının səbəbləri və müalicə usulları.

Yəqin hamımız bilirik ki, diş ağrısı necə dəhşətli bir şeydir. Çoxumuz dözülməz diş ağrıları haqqında başqalarının danışdığı əhvalatları eşitmişik. Bəzi araşdırmalara görə doğuş sancısından sonra böyrək ağrı tutması ( pristup ) və bağırsaq çatı ilə birlikdə insan orqanizmində ən güclü ağrılardan sayılır.                                          

Əlbəttə yaxşı olar ki, hamı mütəmadi stomatoloq müayinəsinə getsin, profilaktik tədbirlər görülsün, dişlərdə hansısa karies varsa, vaxtında müalicə olunsun. Amma reallıq başqa cürdür və bəzi adamlar müəyyən səbəblərdən diş həkiminə getməyi çox ləngidir. Nəticə - günlərin bir günü diş ağrıyır. Həm də adətən çox nataraz vaxtda, uyğun olmayan bir yerdə tutur diş ağrısı – hansısa tədbirdə, toyda, ad gününündə, gecə növbəsi işdə. Ya sabah səhər vacib imtahanınız var, ya çoxdan planladığınız səyahətə yola düşəcəksiz. Və həmin vaxt dişiniz möhkəm ağrıyır. 

Bəs nə etməli ?

Əlbəttə ki bir üsulla diş ağrısını kəsmək və stomatoloqa gedənə kimi vaxt qazanmaq. Aşağıda diş ağrılarını kəsməyin bir neçə məşhur və əlçatan üsulu haqda yazacam. Təbii ki üsulların sayı – hesabı yoxdur, biz burada çox az qismini qeyd edəcəyik.

Bütün diş ağrısı kəsmək üsulları yalnız vaxt qazanmaq üçündür. Heç bir halda müalicə demək deyil və diş həkiminə getməyi əvəz etmir !!!

Onu qeyd edim ki, bütün növ diş ağrılarında hansısa xalq metodlarına əl atmamışdan öncə ağrıkəsici dərman atmağınız məsləhətdir. Əksər hallarda İbuprofen 600 mg, Ketonal 150 mg, Nimesil və başqa dərmanlar ağrını qısa zamanda kəsməyə bəs edir. Hamilə qadınlar Paracetamol 500 mg, No-Spa 250 mg istifadə edə bilərlər. Amma bəzən ağrıkəsici təsir etmir və ya əl altında lazımi dərmanı tapmaq olmur. Yalnız o zaman başqa üsulları sınaqdan keçirtmək olar. 

Əvvəla qısaca diş ağrılarının növlərini ayırd edək. Əksər hallarda güclü diş ağrıları 3 səbəbdən yaranır:


Dişdə sinir ağrısı

El arasında  nervi ağrısı kimi tanınır. Dişin kariesi müalicə olunmadıqda çürüyün içindəki bakteriyalar dişin sinirinə çatır və siniri qıcıqlandırır. İlk vaxtlarda yüngül ağrılarla dişiniz sizə həkimə getmək üşün siqnal göndərir. Bu mərhələdə bir tədbir görülmədikdə dişin siniri bakteriyaların təsirindən iltihablayır və dözülməz sinir ağrıları başlayır.

Nə etmək olar?

Sinir ağrılarını kəsməyin bir neçə yayılmış üsulu:


İrinləyən dişin ağrısı

Vacib məqam odur ki, irinləyən dişdə ağrıyan artıq dişin öz siniri deyil, dişin kökü ətrafında olan toxumalardır. İrin çıxmağa yer tapmadığına görə güclü zoqqultulu ağrılar yaranır, dişə toxunmaq olmur. Ona görə sinir ağrısını kəsə bilən üsullar irinli dişdə heç nəyə yaramır. İrinli dişdə ağrı kəsmək üsulları irinin çıxmasına şəarit yaratmağa yönəlib. Bir neçə üsul var:


Diş əti ağrıları

Əksərən diş əti ya heç ağrı vermir ya da yüngül ağrılara səbəb olur. Amma bəzən diş əti çox iltihablansa o, da kifayət qədər möhkəm ağrıya bilir. Çox vaxt irinli diş ağrılarına oxşasa da , pasiyentlər müəyyən qədər ağrıların dişdən deyil, diş ətindən qaynaqlandığını hiss edə bilirlər. Səbəb çox ola bilər – müalicə olunmamış yüngül diş əti xəstəlikləri, kəskin ( balıq sümüyü batıb və ya alça çiyidi qalıb dişin arasında ) və xroniki ( düzgün qoyulmamış plombun və ya qapağın iti kənarları ) travmalar və s. Nə etmək olar ?

Sonda bir daha onu qeyd etmək istəyirəm ki, çalışın vaxtında diş həkiminə gedin. 

Dişiniz ağrımasın !